İntiqam Soltandan TƏQDİRƏLAYİQ CƏRİMƏ QƏRARI... - 1 və 5 manat...

13-01-2022, 09:53           
İntiqam Soltandan TƏQDİRƏLAYİQ CƏRİMƏ QƏRARI... -
Bakı Uşaq və Gənclər Teatrının direktoru- bədii rəhbəri, respublikanın əməkdar artisti İntiqam Soltan bəzi aktyorların tamaşa zamanı yerli-yersiz improvizə edərək hər hansı bir xarici dildə kəlmələrini işlətmələrini nəzərə alaraq əmr imzalayıb.

DİA.AZ-a teatrdan daxil olan məlumatda deyilir ki, aktyorlar məşq zamanı improvizə etməklə hər hansı bir xarici dildə sözlərdən istifadə etdikdə 1 manat, tamaşa zamanı bu hal təkrar olunarsa, 5 manat cərimə teatrın kassasına ödənilsin.

Tamaşa əgər xarici dildədirsə, təbii ki, bu əmr həmin tamaşaya tətbiq olunmur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.