Britni Spirs onu “paranoyak” adlandıran bacısına qəzəbləndi - FOTO

15-01-2022, 09:23           
Britni Spirs onu “paranoyak” adlandıran bacısına qəzəbləndi - FOTO
Müğənni Britni Spirs kiçik bacısı Ceymi Lin Spirsin “Sabahın xeyir, Amerika” şousundakı çıxışına qəzəblənib.

Sənətçi “Twitter”də onu tənqid edib.

Özünün avtobioqrafik kitabını təqdim edən Ceymi Lin əvvəlcə böyük bacısına heyran olduğunu bildirib. Lakin daha sonra onun davranışındakı dəyişikliyi “paranoidal” adlandırıb. Bu söz müğənnini hiddətləndirib. O, bacısını ikiüzlülükdə və onun adı hesabına kitab satışını yaxşılaşdırmaq istəyində ittiham edib.

“O, 15 il ərzində heç vaxt yanımda olmayıb... Əgər kitabı mənim hesabıma satmaq istəmirsə, niyə bu barədə danışsın?” - deyə ifaçı bildirib.

Ceymi Lin də öz növbəsində “Instagram”da Britninin tənqidinə geniş bir yazı ilə cavab verib və ona qarşı irəli sürülən ittihamları yalan adlandırıb. Kişik bacı buna görə özü və ailəsinin təhdidlər almağa başladığını qeyd edib.


lenta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.