Qız qalasındakı lüt kişi ilə bağlı RƏSMİ AÇIQLAMA

7-05-2015, 11:41           
Qız qalasındakı lüt kişi ilə bağlı RƏSMİ AÇIQLAMA
İnstagram-da "myassthetics" nikli bloqerin Qız qalasında lüt foto çəkdirərək yayması ilə bağlı məsələ araşdırılır.

İnstagram-da @myassthetics profili ilə məşhur olan, dünyanın bir çox yerlərində olan əcnəbinin son dayanacağı paytaxtımız Bakı olub. Qız qalasının başına çıxıb üzü İçərişəhər tərəfə dayanıb şəkil çəkdirən kişi yenə də anadangəlmə lüt olub.

Milli.az Day.Az-a istinadən bildirir ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun mətbuat xidmətindən verilən məlumata görə, qalmaqallı foto sözügedən strukturun xəbəri və icazəsi olmadan çəkilib.

"Araşdırmalara başlamaşııq. Bu adamın fotonu çəkməyə necə nail olduğunu aydınlaşdırmaq istəyirik. Günahkarlar cəzalandıralacaqlar. "İçərişəhər" rəhbərliyi araşdırmanın nəticələri barədə təcili xəbər verəcək", - açıqlamada deyilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru