"Aparıcılardan danışsam, yer yerindən oynayar"

18-02-2022, 11:25           
"Aparıcılardan danışsam, yer yerindən oynayar"
Aparıcı Vüsalə Kərimova bəzi həmkarlarına irad bildirib.

Teref.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, "10-da görüşək" proqramında danışıb. Vüsalə deyib ki, o və yaşıdlarından sonra aparıcı yetişməyib:

"Aparıcılardan danışsam, yer yerindən oynayar. Bizim həmyaşıdlarımızdan sonra təəssüf ki, aparıcı yetişmədi. Televiziyaya gələnlərin hamısı aparıcı olmaq istəyir. Başqa işlə məşğul olmaq istəmirlər. Öz yaşıdım olan həmkarlarımın verilişlərini izləyirəm. Onların intelektindən, danışığından zövq alıram. Digərləri danışanda mənə elə gəlir ki, ingilis dilində düşünür, ruscaya tərcümə edir, sonra azərbaycan dilində efirə verirlər. Çünki cümlənin nə başı, nə də ayağı olur. Əksəriyyəti də sualı özü verib, özü cavablandırır. Qonağa da təsdiqləmək, "hə", ya da "yox" demək qalır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru