Filmdəki rolu gerçək oldu: Narkotikdən həyatını itirdi - FOTO

19-02-2022, 09:08           
Filmdəki rolu gerçək oldu:
Türkiyənin Antalya şəhərində narkotik maddənin zərərlərindən bəhs edilən filimdəki hadisə həyatda rellaşıb.

Belə ki, “Koptum bu hayattan” adlı filmdə narkotik maddə qəbulundan həyatını itirən Ayhan Akgün eyni səbəbdən ölü tapılıb.

Onunla əlaqə saxlaya bilmədikdən sonra evinə gedən dostları orada Akgünün meyitini tapıblar. Məlum olub ki, o bir həftə əvvəl həddindən artıq dozada narkotik qəbulundan həyatını itirib.

Filmdə narkotik maddə istifadəçisi rolunu ifa edən gənc ssenariyə uyğun olaraq vida məktubu yazdıqdan sonra narkotik maddə səbəbindən ölür. A.Akgünün filmdəki rola oxşar şəkildə həyatını itirməsi həmkarlarını çox məyus edib.

Filmin rejissoru və baş rol ifaçısı Nihat Arslan bildirib ki, pandemiyadan əvvəl çəkilən filmdə narkotikin zərərlərinə diqqət çəkilib. Filmin nümayişi pandemiya səbəbindən təxirə salınıb, nümayiş olunmadan A.Akgün həyatını itirib.


Mənbə: A Haber












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru