Elvis Presli barədə filmin ilk treyleri yayımlandı – VİDEO

19-02-2022, 09:24           
Elvis Presli barədə filmin ilk treyleri yayımlandı – VİDEO
Əfsanəvi amerikalı musiqiçinin həyatından bəhs edən “Elvis” filminin ilk treyleri yayımlanıb.

Debüt videosu “Warner Bros” studiyasının rəsmi “YouTube” kanalından paylaşılıb.

Bioqrafik film Elvis Preslinin həyatı və musiqi karyerası, həmçinin menecer Tom Parker ilə çətin münasibətlərindən bəhs edir. Burada baş rolu 30 yaşlı aktyor Ostin Batler oynayıb. Rok-n-roll kralının menecerini isə ikiqat “Oskar” mükafatçısı Tom Henks canlandırıb.

Filmin rejissoru Baz Lurmandır.

Ekran əsərinin premyerası iyunun 24-də baş tutacaq.


Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru