“Bir mahnıda ki “aman, aman”, “uyy, uyy”, “aaa” səslər və sözlər eşidilirsə...”

19-02-2022, 12:43           
“Bir mahnıda ki “aman, aman”, “uyy, uyy”, “aaa” səslər və sözlər eşidilirsə...”
“Manaf Ağayevi şəxsən tanıyıram. Harada mənimlə rastlaşıbsa, hörmətlə-izzətlə salamlaşıb və xoş sözlər deyib. O, insanlarla normal münasibət qurmağı bacarır. Lakin onun oxuduğu mahnıları qətiyyən sevmirəm. Ümumiyyətlə, inasanın ruhunu "çurban"laşdıran segah və muğamdan xoşum gəlmir. Bu janrları mərsiyənin müasir forması hesab edirəm”.

Pravda.az-ın xəbərinə görə, bunu vəkil Adəm Məmmədov bildirib.

A.Məmmədov qeyd edib ki, belə mahnılar nə sevgini, nə də vətənpərvərlik hissini düzgün nümayiş etdirir: “Bir mahnıdakı “aman, aman”, “uyy, uyy”, “aaa” səslər və sözlər eşidilirsə, bunun izaha ehtiyacı yoxdu. İnsanı qələbəyə səsləyən hərbi marş və digər mahnılar daha yaxşıdır. Əksər hallarda borca girib Manaf Ağayevi toyuna dəvət edən insanlar, bu gün bahalı maşınla işğaldan azad olunmuş öz ana vətəninə getdiyinə görə onu lənətləyir. Hələ aparıb on beş gün inzibati həbs veriblər. Küyə tez gedən xalq heç vaxt səmimi və xoşbəxt ola bilməz!”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.