Lüksemburq şahzadəsi nişanlısından ayrıldı

25-02-2022, 09:48           
Lüksemburq şahzadəsi nişanlısından ayrıldı
Lüksemburq şahzadəsi Lui və fransız qadın Skarlett-Loren Sirq nişanlarını pozaraq ayrılmaq qərarı veriblər.

Keçmiş sevgililərin sözlərinə görə, romantik münasibətlərin kəsilməsinə baxmayaraq, onlar dost olaraq qalacaqlar.

“Biz evlənməyəcəyik. Münasibətlərimiz korlanmayıb. Bizi bu qərara vadar edən əsaslı fikir ayrılığı istisna olmaqla, aramızda heç bir problem yoxdur”, - deyə şahzadə bildirib.

Qeyd edək ki, 35 yaşlı şahzadə Lui Lüksemburq böyük hersoqu Anri və böyük hersoginya Mariya Terezanın üçüncü oğludur.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru