Yaradıcı heyətin kobud səhvi: Türkiyədə çəkilən filmdə Bakıya “göndərilən” casus özünü Moskvada tapdı - VİDEO

27-04-2022, 21:55           
Yaradıcı heyətin kobud səhvi:
Türkiyədə çəkilmiş “Pak Panter” komediya filmində Azərbaycanla bağlı yol verilmiş səhv üzə çıxıb.

Belə ki, bu ilin 5 yanvar tarixində “YouTube”da yerləşdirilmiş filmdə casus fəaliyyətindən bəhs olunur.

Filmdə Azərbaycan paytaxtına casusun ezam edilmə səhnəsi xüsusi diqqət çəkib. Belə ki, həmin səhnədə Bakı kimi qələmə verilən şəhərin əslində Rusiyanın Moskva şəhəri olması üzə çıxıb.

Çünki casusun göndərildiyi şəhərdə trolleybus xətti, Rusiyanın “Qazprom” şirkətinin binası və dalğalanan Rusiya bayrağı açıq şəkildə nəzərə çarpır.

Filmdə diqqətdən yayınmış sözügedən vəziyyətin rejissor və yaradıcı heyətin xətası nəticəsində ərsə gəldiyini ehtimal etmək olar.

Kadrları təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru