Madonna özündən 35 yaş kiçik sevgilisindən ayrıldı

28-04-2022, 09:53           
Madonna özündən 35 yaş kiçik sevgilisindən ayrıldı
63 yaşlı amerikalı ifaçı Madonna 28 yaşlı sevgilisi Ahlamalik Uilyamsdan ayrılıb.

Cütlük 2019-cu ildən etibarən birlikdə idi.

Madonna vaxtaşırı sosial şəbəkələrdə sevgilisi ilə birgə görüntülərini nümayiş etdirirdi.

Lakin 2022-ci ilin yanvar ayından etibarən cütlüyü birgə görən olmayıb.

Sevgililərin ayrılması ilə bağlı söz-söhbətlər müğənninin pərəstişkarları arasında da yayılmağa başlayıb.

Öz növbəsində sənətçinin yaxın dostları bildiriblər ki, Madonnanın gərgin iş qrafiki var və hazırda yeni musiqisi üzərində işləyir.

Sənətçiyə yaxın olan şəxslər əlavə ediblər ki, Madonna ilə Ahlamalik qalmaqalsız ayrılıblar və dostluq münasibətlərini davam etdirirlər.

Mənbə: The Sun












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.