"Azərbaycan kinosunun dönüşə ehtiyacı var" - Nürəddin Mehdixanlı

31-05-2022, 17:22           
"Azərbaycan kinosunun dönüşə ehtiyacı var" -
“Rasim Balayevə Kinematoqrafçılar İttifaqının sədri seçilməsi münasibətilə uğurlar arzulayıram. O, Azəbaycan kinosunun əfsanəsidir. Böyük aktyorumuzdur. Düşünürəm ki, Rasim müəllim kino sahəsini çox yüksək səviyyədə tanıyan aktyorlarımızdan biridir. Arzu edirəm ki, o, bu qurumda nələrisə dəyişə biləcək. Çünki Rasim müəllim ittifaqda yaxşı mənada dəyiklər etmək iqtidarındadır”.

Teref.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Xalq artisti Nürəddin Mehdixanlı həmkarı Rasim Balayevin bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsinə münasibət bildirərkən deyib.

Xalq artitsi söyləyib ki, bu işdə Rasim Balayevə hər kəs kömək etməlidir:

“Hər halda Azərbaycan mətbuatı da, ölkəmizin kino və incəsənət xadimləri də Rasim Balayevə bu yolda köməkliklərini əsirgəməməlidirlər. Azərbaycan kinosunun dönüşə ehtiyacı var. Azərbaycan kinosu və teatrı Qarabağa, qarabağlılara, Şuşaya, Qarabağı azad edən əsgər və zabitlərimizə, generallarımıza borcludur. Yüksək səviyyəli kinolar çəkməklə bu borcu ödəməlidirlər. Bu borc hər bir incəsənət adamının borcudur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.