İrpendə işğal müddətində yaşadıqlarını lentə aldı: Film çəkəcək - VİDEO

1-06-2022, 11:34           
İrpendə işğal müddətində yaşadıqlarını lentə aldı: Film çəkəcək - VİDEO
Məşhur ukraynalı kinorejissor Sergey Sotniçenko bir ay ərzində İrpendə aktiv döyüşlər zamanı yaşadıqlarını lentə alıb. Şəhərin işğalçılardan ən çox əziyyət çəkdiyi hissəsində yaşayan rejissor çəkəcəyi filmdə həmin kadrlardan istifadə etməyi planlaşdırır.

Sergey dəfələrlə həyatla vidalaşdığını, bəzən isə artıq son anlarının olduğunu düşündüyünü deyir.

“Telefonumda 1% enerji var idi. Təsadüfən Vakarçukun “Soyuqdur” (“Xolodno”) mahnısını qoşdum. Bura da dəhşət soyuq idi. Titrəyə-titrəyə bu mahnıya qulaq asırdım. Telefonun şarjı bir bəndə çatdı... Hönkürtü ilə ağladım”, - deyə Sergey Sotniçenko kədərlə xatırlayıb.

Onun sözlərinə görə, işğal günlərində telefonla danışmaq üçün yaxınlıqda yanmış binanın doqquzuncu mərtəbəsinə çıxmalı olurdu, çünki dalğa yalnız orada tuturdu.

Qeyd edək ki, Sotniçenko teleseriallar və sənədli filmlər üzərində işləməsi ilə məşhurlaşıb. Onların arasında “Qələbə uşaqları” (“Deti pobedı”) və “Atomlara parçalanmışlar” (“Rasşeplyonnıye na atomı”) filmləri xüsusi ilə tanınır.


Mənbə: TCH












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru