Məşhur müğənninin səhnədə çətin anları - FOTO/VİDEO

2-06-2022, 10:08           
Məşhur müğənninin səhnədə çətin anları - FOTO/VİDEO
Türkiyənin məşhur pop ifaçısı Edis konserti zamanı kövrək anlar yaşayıb.

Anası xərçəng xəstəliyindən əziyyət çəkən Edis atasını konsertində tək görən zaman göz yaşlarına hakim ola bilməyib.

Mahnıları və rəqsləri ilə adından söz etdirən müğənninin anası bir müddətdir ki, xərçəng xəstəliyindən müalicə alır.

Müğənninin atası isə ötən gecə Harbiyedə yüzlərlə insana konsert verən oğlunu tək qoymayıb.

Edis anasının İzmirdə xərçəng xəstəliyindən müalicə aldığı üçün konsertinə gələ bilmədiyini bildirib. Səhnədə göz yaşlarına hakim ola bilməyən gənc müğənni: “Mən elə ağlayan adam deyiləm. Son altı ayımız ailə üçün çox ağır keçdi. Birdən atamı qarşımda tək görəndə kövrəldim”, - deyə əlavə edib.

Sözügedən görüntüləri təqdim edirik:

mənbə: sondakika












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru