Məşhur türkiyəli müğənni Hadisənin toy tarixi bəlli olub.
Müğənni sentyabrda İtaliyada toy edəcək.
İtaliyada dostları ilə 2-3 günlük toy məclisi etməyi planlaşdıran cütlük artıq hazırlıqlara başlayıb.
Qeyd edək ki, müğənninin iş adamı sevgilisi Mehmet Dinçerler ilə aprelin 30-da nikahları baş tutub. Cütlüyün Çırağan sarayındakı toyuna yalnız ailə üzvləri qatılıb, hətta yaxın dostları belə dəvət edilməyib.