Məşhur aktyor arvadını itələyən fanatının üstünə şığıdı və... - VİDEO

17-06-2022, 00:11           
Məşhur aktyor arvadını itələyən fanatının üstünə şığıdı və... - VİDEO
Hollivud ulduzu, 65 yaşlı Tom Henks aqressiv fanatı ilə qalmaqal yaşayıb.

Bizim.Media xəbər verir ki, Nyu-Yorkda restorandan çıxan zaman pərəştişkarı onunla danışmaq üçün həyat yoldaşı Rita Uilsonu əli ilə itələyib.

Hadisəyə şahidlik edən "Forrest Gump"ın ulduzu günahkar fanatın üstünə qışqırıb.

Fanat, bəhanə olaraq onunda başqa şəxslər tərəfindən itələdiyini söyləyib. Kütlə aktyordan qışqıraraq üzr istəməyə başlayıb. Bundan sonra Henks mühafizəçilərin müşayiəti ilə avtomobilə minərək oradan uzaqlaşıb.

Qeyd edək ki, bir neçə gün öncə Tom Henks ağır xəstəlikdən əziyyət çəkməsi iddiaları ilə gündəmə gəlib.

Belə ki, “Elvis” filminin təqdimatı zamanı ulduzun sağ əli titrədiyi üçün mikrofonu saxlamaqda çətinlik çəkib. O, mikrofonu digər əlinə ötürsə də, titrəmə keçməyib. Aktyor baş verən bu hadisə ilə bağlı heç bir açıqlama verməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.