Yanvarda Azərbaycanda kənd təsərrüfatına yatırılan investisiya 40 % azalıb

24-02-2025, 12:34           
Yanvarda Azərbaycanda kənd təsərrüfatına yatırılan investisiya 40 % azalıb
Bu ilin yanvar ayında Azərbaycanda kənd təsərrüfatına 5,8 milyon manat kapital yatırılıb.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin ilk ayı ilə müqayisədə 40,4 % azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 787 milyon manat və ya 2024-cü ilin yanvar ayı ilə müqayisədə 50% az investisiya yönəldilib.

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 40,5%, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 54,8% az olub. Ümumi sərmayənin 504,8 milyon manatı və ya 64,1%-i məhsul istehsalı sahələrinin, 109,8 milyon manatı (14%-i) xidmət sahələrinin, 172,4 milyon manatı (21,9%-i) isə yaşayış evlərinin tikintisinin payına düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru