Alimlər Antarktidadakı dəhşətli tapıntı ilə bağlı həyəcan təbili çalırlar

Bu gün, 11:23           
Alimlər Antarktidadakı dəhşətli tapıntı ilə bağlı həyəcan təbili çalırlar
İndi artıq cənub qitəsində də ətraf mühitin vəziyyəti narahatlıq doğurur.
Alimlər Antarktidanın qarlarında mikroplastik hissəciklər aşkar ediblər. Bu barədə "RİA Novosti" agentliyi xəbər verir.
Mikroplastik hissəciklər Antarktidadakı bəzi elmi bazaların yaxınlığında tapılıb və belə uzaq yerlərdə mikroskopik hissəciklərin aşkar edilməsi ilk dəfədir.
"Bunun səbəbi düşərgədə və onun ətrafında təhlükəsiz marşrutları göstərmək üçün istifadə olunan üst geyimlər və ya iplər və bayraqlar ola bilər", - ekoloq Klara Manno bildirib.

Məqalədə qeyd olunur ki, aşkar edilmiş hissəciklərin Antarktidada ətraf mühitə mümkün təsiri ilə bağlı narahatlıq yaranır. İdxal olunan materiallara ciddi nəzarət olduğundan əvvəllər burada buna bənzər heç bir şey tapılmayıb.
"Tədqiqatlarımız hətta uzaq və ciddi şəkildə nəzarət edilən ərazilərdə belə mikroplastik çirklənmənin olduğunu göstərir. Yer üzündə həqiqətən toxunulmamış yer yoxdur", - araşdırmanın həmmüəllifi Kirsti Cons-Uilyams vurğulyıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.