"Almaniya qayıdır".

24-02-2025, 09:34           
"Almaniya qayıdır".
Almaniyada Parlament seçkiləri bitdi. Merts növbəti kansler olacaq.
Parlamentdə 630 yer var və hökumət formalaşdırmaq üçün koalisiyanın 316 yeri olmalıdır.
Nəticələrə diqqət yetirək(+- 2-3 yer ola bilər):
-XDİ(Merts)- 210 yer
-AfD(Vaydel)- 145 yer
-SPD(Şolts)- 118
-Yaşıllar(Habek)- 94.
Dəqiq nələri deyə bilərik? AfD dəqiq olaraq hökumətdə təmsil olmayacaq, Merts dəqiq olaraq kansler olacaq.
Mertsin kansler olması isə Avropa və Ukrayna üçün həyati vacibdir. Merts Ukraynanın silahlanmasında çox fəal rol oynayacaq(heç nə yox, bircə Tauruslar məsələsini xatırlayın, Merts onları vermək niyyətindədir), bundan əlavə Merts Almaniyanın hərbi güclənməsini və hərbi sənaye kompleksinin sürətli güc toplamasını başladacaq.
Diplomatik cəbhədə də Merts Şoltsdan qat-qat qətiyyətlidir. Polşa və Fransa ilə müttəfiqlik münasibətlər yaxşılacaq, Almaniya Avropanın təhlükəsizliyində fəal rolu üzərinə götürəcək.
Kamran Cəfərov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru