Bred Pitt kino karyerasını bitirir: “Son nəfəsdə olduğumu hiss edirəm”

24-06-2022, 10:24           
Bred Pitt kino karyerasını bitirir:
“Oskar” mükafatına sahib superulduz Bred Pitt karyerasının sonunu proqnozlaşdırır.

Bu barədə GQ jurnalında dərc olunan yeni məqalədə məlumat verilib.

“Son nəfəsdə olduğumu hiss edirəm”, - deyə 58 yaşlı Hollivud ulduzu qeyd edib.

“Bu, son semestr və ya trimestrdir. Fikirləşirəm ki, bu bölmədə nə olacaq və onu necə düzənləmək istəyirəm”, - deyə o əlavə edib.

Bred Pitt kino karyerasını dərhal bitirmək fikrində deyil. O, avqustda ekranlara çıxacaq David Leytç və Soninin “Güllə-qatar” blokbasterində rol alacaq. Burada Pitt emosional tükənmişlikdən sonra riskli işinə qayıdan, Tokiodan Kiotoya gedən qatardakı qatil rolunu oynayır.

O, Sandra Bullok, Aaron Teylor Conson, Bad Banni, Coi Kinq, Zazi Bits, Loqan Lerman, Brayan Teyri Henri, Maykl Şennon, Karen Fukuhara və digər məşhur aktyorların da daxil olduğu aktyor heyətinə rəhbərlik edir.

Mənbə: Gazeta.ruшаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.