Madonna konsertində həmcinsi ilə öpüşdü - FOTO

27-06-2022, 12:24           
Madonna konsertində həmcinsi ilə öpüşdü -
Bir neçə gün əvvəl dünya pop səhnəsinin əfsanəsi Madonna Nyu Yorkda "Qürur Ayı"nın qeyd olunması ilə əlaqədar konsert verib. İyun ayında dünyanın bir çox ölkələrində LGBT icmasının problemlərinə diqqəti cəlb etmək üçün tədbirlər keçirilib.

Azlıqların hüquqlarının tanınmış müdafiəçisi olan Madonna kənarda qalmayıb. Belə ki, pop kraliça bu münasibətlə canlı konsert proqramı ilə çıxış edib.

Bizim.Media xəbər verir ki, Madonnanın çılğın davranışları ilə internetdə məşhurlaşan dominikanlı repçi "Tokischa" ilə çıxışı ictimaiyyətin diqqətini çəkib.

Sənətçilər “Hang Up” mahnısını duet şəklində ifa edərək, çıxışlarını öpüşlə bitiriblər. Pop-divanın pərəstişkarları dərhal onu 2003-cü ildə "MTV VMA"da Madonna və Britni Spirsin əfsanəvi öpüşü ilə müqayisə etməyə başlayıblar.
Yeri gəlmişkən, iki pop ulduz bunu bir neçə həftə əvvəl Britni Spirs və onun sevgilisi Sem Askerinin toyunda təkrarlayıblar.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.