Şəfiqə Məmmədovanın mətbuat katibindən yeni qalmaqal: - "Sizin kimiləri rəzil edirəm və..."

15-07-2022, 16:41           
 Şəfiqə Məmmədovanın mətbuat katibindən yeni qalmaqal: -
Qanunsuz parkanma yeri ilə yadda qalan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (sədri Şəfiqə Məmmədova) mətbuat katibi Əli Vəliyev yenə də efirdəki davranışları, qalmaqalları ilə diqqət mərkəzidədir.

Teref.az cebhe.info-ya istinadla xəbər verir ki, Əli Vəliyev eksperti olduğu "Səni axtarıram" layihəsində hər dəfə növbəti davranışları ilə yenidən gündəm yaradır. Ötən günlərdə onun Seval adlı qadınla verilişdə bir neçə dəfə mübahisəsi düşmüşdü. O, ərini axtarmağa gələn Sevalı qınayaraq ona "Siz insanlara "akıl" verəcək durumda deyilsiniz",- demişdi. Ekspert bu dəfə verilişə gələn digər qadını ana olaraq vəzifələrini düzgün yerinə yetirməməkdə qınayıb. Hətta onu efirdə təhqir edib.

Belə ki, Əli Vəliyev övladını illər öncə ailədaxili səbəblərindən dolayı atan və indi onun axtarışına çıxan Gülnarə adlı qadını hədəf alıb:

"Mən sizin kimi insanları rəzil edirəm və bildirmək istəyirəm ki, davranışlarınız yalnışdır. Belə insanlar Azərbaycanda ana adına ləkə gətirən insanlardır. Ona görə belə insanları rəzil etmək lazımdır ki, balalarını atmasınlar. Kasıb olmaq övladınızı atmağa əsas vermir. Özünüzə haqq qazandırmayın".

Ekspertin sözlərindən əsəbiləşən qadın onu məhkəməyə verəcəyi ilə hədələyib: "Səni məhkəməyə verəcəyəm. Məni tapdalayanı mən də tapdalayacağam. Məni təhqir edirsən. Qadınları alçatlma. Sən məndən üzr istyəcəksən".

Ekspert isə cavabında xəbər portalı rəhbəri olduğunu, hər gün onu kiminsə məhkəmiyə verdiyini açıqlayaraq, bundan qorxmadığını bildirib:

"Mən xəbər portalı rəhbəriyəm. Bir gündə 10 nəfər adam məni məhkəməyə verir. On birinci də siz olun".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.