Rusiyalı müğənni konsert zamanı evlilik təklifi aldı – VİDEO

31-10-2022, 10:48           
Rusiyalı müğənni konsert zamanı evlilik təklifi aldı – VİDEO
Müğənni Aleksandr Qreçanik konserti zamanı həmkarı Elvira Tuquşevaya (Elvira T təxəllüsü ilə tanınır) evlilik təklifi edib.

Məlumata görə, xanım ifaçı təkliflə razılaşıb.

“Sən mənim həyatımdakı ən yaxşı nəsnəsən. Mən heç kəsi səni sevdiyim qədər sevməmişəm. Mən həyatımı səninlə yaşamaq istəyirəm”, - deyə Qreçanik Tuquşevaya üzüyü uzadıb.

O, isə təəccübünə baxmayaraq, çox düşünmədən “Mən də səni çox sevirəm. Bəli!”, - deyə cavab verib.

Hazırda Tuquşevanın 28 yaşı var. O, musiqi karyerasına 15 yaşında ikən başlayıb. İndi Elvira yeni bəstələr buraxır, konsertlər verir və sosial şəbəkələrdə fəaldır.


Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru