Məşhur ulduzun qaynanasını döyüb, 10 milyonunu oğurladılar - FOTO

4-11-2022, 11:51           
Məşhur ulduzun qaynanasını döyüb, 10 milyonunu oğurladılar - FOTO
Rusiyanın pop ulduzu Aleksey Vorobyovun qaynanası yaşadığı evində üç nəfər tərəfindən döyülərək, qarət edilib.

Teref.Az bizim media-ya istinadən xəbər verir ki, 57 yaşlı Viktoriya Çelişevanın əlləri pilləkənlərə qandallanıb. Onun zinət əşyaları gözlərinin qarşısında evindən çıxarılıb.

Zərərin təxminən 10 milyon rubl təşkil etdiyi bildirilir. Əri, milyarder Yuli Çelişevin ölümündən sonra Viktoriya ailə biznesini davam etdirir. Qadın taxıl və toxumların topdansatış ticarəti ilə məşğul olan şirkətə rəhbərlik edir.

Qeyd edək ki, "Subay" realiti-şousunun dördüncü mövsümündə Viktoriyanın qızı Tatyana müğənni ilə münasibət qurmaq üçün əlindən gələni etsə də, o heç bir şey əldə etməyərək, verilişi tərk edib.
Daha sonra Tatyananın hamilə olduğu üzə çıxıb. Tatyananın sözlərinə görə, uşaq müğənni A.Vorobyovdan dünyaya gəlib. Müğənni uzun müddət atalığı ilə bağlı şərh verməyib. Bir müddət sonra isə gözlənilmədən körpənin vaftiz mərasimində görünüb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru