"Bir kasa xına "5 ulduzlu otel"ə çıxa bilirsə, ora gələn aparıcı da oradan ev ala bilir"

7-11-2022, 12:44           
"Bir kasa xına "5 ulduzlu otel"ə çıxa bilirsə, ora gələn aparıcı da oradan ev ala bilir"
Nazilə Səfərli özünə şəhərin ən bahalı yerlərindən hesab edilən Səbail rayonu ərazisində özünə yeni mənzil alıb.

Qiraətçi-aparıcı xanım bu barədə "Zaurla Günaydın" verlişində məlumat verib.

O, hazırda yeni mənzilində təmir işləri getdiyini bildirib.

Nazilə belə bir bahalı yerdən mənzil almaq üçün qazancının kifayət etdiyini bu sözlərlə bildirib:

"Oradan ev alanlar məndən artıqdır? Bir kasa xına "5 ulduzlu otel"ə çıxa bilirsə, ora gələn aparıcı da oradan ev ala bilir. Nə var burada?".

Qeyd edək ki, görüntülərdən də göründüyü kimi, Nazilə yeni açılan "Çəmbərəkənd" parkı ilə üzbəüzdə yerləşən çoxmərtəbəli yaşayın binasında özünə mənzil alıb. Daşınmaz əmlak qiymətlərindəki bahalaşmalar və bu ərazidəki mənzillərin paytaxtın digər yerləri ilə müqayisədə ən bahalı mənzillər sırasında yer aldığını nəzərə alsaq, Nazilənin yeni mənzilinin təxminən yarım milyon civarında olduğu ehtimalları çox yüksəkdir. //Milli.az//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.