“Warner Bros.” filmlərinin Rusiya telekanallarında nümayişini qadağan etdi

17-11-2022, 12:14           
“Warner Bros.” filmlərinin Rusiya telekanallarında nümayişini qadağan etdi
Hollivudun “Warner Bros.” kinostudiyası Rusiya telekanallarında öz filmlərinin nümayişinə qadağa qoyub.

Məlumata görə, qadağa Milli Media Qrupu holdinqinə daxil olan kanallar üçün tətbiq edilib.

Beləliklə, bundan sonra studiyanın filmləri STS, REN TV və “Beşinci” kanalda yayımlanmayacaq.

Qeyd edilir ki, kinostudiya ilə NMQ arasında müqavilənin müddəti 2024-cü ilin ortalarında başa çatır.

Mənbə: rossaprimavera.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.