Eva Mendes Rayan Qoslinqə ərə getdiyini təsdiqlədi

21-11-2022, 12:05           
Eva Mendes Rayan Qoslinqə ərə getdiyini təsdiqlədi
Aktrisa Eva Mendes aktyor Rayan Qoslinqlə gizli toy etdiyi barədə şayiələri təsdiqləyib.

48 yaşlı kino ulduzu Avstraliya televiziyasının “Today” şousunun qonağı olub. O, söhbət zamanı ölkəyə səfərindən danışıb və təsadüfən Rayanı əri adlandırıb.

“Burada hər kəs çox qonaqpərvərdir və ərim Rayan da buradadır. Biz əla vaxt keçiririk”, - deyə aktrisa bəyan edib.

Qeyd edək ki, Rayan Qoslinq və Eva Mendes 12 ildir birlikdədirlər. Cütlüyün ortaq iki qızı var - 8 yaşlı Esmeralda və 6 yaşlı Amada.

Mənbə: gazeta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.