Stiven Spilberq Berlində fəxri mükafat alacaq

23-11-2022, 12:34           
Stiven Spilberq Berlində fəxri mükafat alacaq
Rejissor, prodüser və ssenarist Stiven Spilberq 73-cü Berlin Beynəlxalq Film Festivalında fəxri "Qızıl Ayı" mükafatını alacaq.

Bu barədə tədbir təşkilatçılarının yaydığı məlumatda deyilir.

Qeyd edildiyi kimi, Spilberq kino sahəsindəki nailiyyətlərinə görə bu mükafata layiq görüləcək.

Mükafatlandırma mərasimi çərçivəsində onun son filmi olan “The Fabelmans” (2022) festivalda təqdim olunacaq.

Xatırladaq ki, 75 yaşlı Spilberq dünyanın ən uğurlu rejissorlarından biridir və “Oskar” da daxil olmaqla, çoxsaylı mükafatlar qazanıb. O, həmçinin “Amblin Entertainment” və “DreamWorks Pictures”in qurucu üzvüdür.

Bundan əlavə, Spilberq bir çox televiziya serialları və filmlərin istehsalçısıdır.

Məlumat üçün bildirək ki, 73-cü Berlin Beynəlxalq Film Festivalı 2023-cü il fevralın 16-dan 26-dək keçiriləcək. Onun əsas məkanı yenidən Potsdam meydanındakı Berlin Sarayı olacaq.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru