Hoakin Feniks və Ledi Qaqanın iştirakı ilə “Coker” filminin davamı çəkilir - FOTO

12-12-2022, 12:28           
Hoakin Feniks və Ledi Qaqanın iştirakı ilə “Coker” filminin davamı çəkilir - FOTO
Rejissor Todd Fillips “Instagram”da “Joker: Madness for Two” filminin çəkilişlərinin başlanması ilə bağlı paylaşım edib.

O, müvafiq şəkli sosial şəbəkə səhifəsində yerləşdirib.

Şəkildə Feniksin qəhrəmanı Artur Flek görünür. O, ruhi xəstəxananın əməkdaşı tərəfindən təraş olunur.

Filmdə Harli Qvinin obrazını Ledi Qaqa oynayacaq.

Ekran əsəri 4 oktyabr 2024-cü ildə prokata çıxacaq.

Mənbə: kanobu.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.