Xoşqədəmin verilişi nəvəni intihara sövq etdi

13-12-2022, 11:15           
Xoşqədəmin verilişi nəvəni intihara sövq etdi
Daşkəsəndə 14 yaşlı oğlan intihara cəhd edib.

Teref.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, dekabrın 11-i, saat 20 radələrində Daşkəsən şəhərində yaşayan 2008-ci il təvəllüdlü İsmət Ağayev (ad və soyad şərtidir) özünü evdə asıb.

Anasının hadisəni vaxtında görməsi nəticəsində yeniyetmə xilas edilərək xəstəxanaya çatdırılıb. İ.Ağayevə Daşkəsən Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, hadisə ailə münaqişəsi zəminində baş verib. İntihara cəhd edən yeniyetmə ilkin ifadəsində bildirib ki, bir müddətdir ata nənəsi Kifayət Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişə çıxaraq ailədaxili məsələləri müzakirəyə çıxarıb. O, keçmiş gəlini və nəvəsi haqqında müxtəlif fikirlər irəli sürüb, uşaqların oğlundan deyil, başqa şəxsdən olduğunu iddia edərək DNT testinin keçirilməsini və keçmiş gəlininə verilən alimentin dayandırılmasını tələb edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru