İlhamənin oğlu ittihamlara belə reaksiya verdi - “Hamı cavab verəcək...”

26-05-2016, 10:59           

Mən həmişə qanun tərəfdarı olmuşam.

Bu sözləri mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov İlhamə Quliyevanın köməkçisi Fatma Əliyevanın ittihamları haqda Axar.az-a danışarkən deyib. O, bütün sözlərin yalandan ibarət olduğunu bildirib:

“Mən Fatma xanımın ittihamları haqda bircə kəlmə deyəcəyəm: bu işdə kimin günahı varsa, hamısı məhkəmə önündə cavab verəcək. Özü də kimliyindən asılı olmayaraq hər kəs. Mən qanunla hərəkət edən adamam. Bu həftə ərzində sözügedən ittihamlarla bağlı geniş açıqlama verəcəyəm”.

Xatırladaq ki, köməkçi Fatma Əliyeva Lent.az-a verdiyi müsahibədə Orxan Nadirovun xalq artistinin sağlığında evə girə bilmədiyini və İlhamə Quliyevanın ona mirasından bir qəpik belə verməyəcəyini söylədiyini deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru