Məşhur müğənni İrem Dericinin “Survivor” iştirakçısı ilə eşq yaşadığı məlum oldu: “Çox aşiqəm” - FOTO

2-02-2023, 12:57           
Məşhur müğənni İrem Dericinin “Survivor” iştirakçısı ilə eşq yaşadığı məlum oldu: “Çox aşiqəm” - FOTO
Məşhur türkiyəli müğənni İrem Derici özəl həyatı və açıqlamaları ilə tez-tez gündəm olur.

Dericinin qəlbini fəth edən və ötən günlərdə eşqini etiraf etdiyi şəxsin kimliyi məlum olub.

“Çox aşiqəm”, - deyə müğənni etdiyi paylaşımda sevgisini etiraf etmişdi.

Jurnalist Hakan Kanburoğlunun xəbərinə görə, 35 yaşlı İrem Derici özündən 6 yaş kiçik olan keçmiş “Survivor” iştirakçısı Atakan İşıktutanla eşq yaşayır.

İkilinin münasibətini isə “İnstagram” hesablarındakı paylaşımları ələ verib. İşıktutan və Derici hesablarında eyni səhər yeməyi süfrəsinin fotosunu paylaşıblar və bununla da birlikdə olduqlarını açıqlayıblar.

Digər tərəfdən, Atakan İşıktutanın Dericinin keçmiş sevgilisi Cem Belevinin yaxın dostu olduğu üzə çıxıb. İrem Derici ilə münasibətləri xəyanət üzündən bitən Belevi və İşıktutan ötən gün birlikdə “Qalatasaray” matçını izləməyə gediblər.



Mənbə: Haber Global












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.