Məşhur aktrisa və qızı zəlzələdə həlak oldu - FOTO

11-02-2023, 12:32           
Məşhur aktrisa və qızı zəlzələdə həlak oldu - FOTO
Kahramanmaraşda baş verən və 10 vilayətdə böyük dağıntılara səbəb olan zəlzələlərdə “Bir Zamanlar Çukurova” filminin aktyorlarından Emel Atıcı və qızı Hande Püryan həlak olub.

Publika.az xəbər verir ki, serialın prodüser şirkəti “Tims & B” sosial media hesabından başsağlığı mesajı yayımlayıb.

Paylaşımda deyilir: “Bir Zamanlar Çukurova” serialımızın dəyərli aktrisası Emel Acı və qızı Püryan Atıcının ölkəmizdə baş verən zəlzələ faciəsində itkisi bizi çox kədərləndirdi. Emel Atıcı və sevimli qızına, zəlzələdə həyatını itirən bütün vətəndaşlarımıza Allahdan rəhmət, onların ailələrinə və yaxınlarına başsağlığı veririk”.

Aktrisa Sibel Taşçıoğlu eyni serialda rol aldığı həmkarı Emel Atıcı üçün “Əziz dostumuz Emel Atıcı, Allah rəhmət eləsin. Mekanı cənnət olsun”, - deyərək üzüldüyünü bildirib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru