Hadisə zəlzələdən zərərçəkənlər üçün 2 saata 88 milyon avro topladı

17-02-2023, 12:07           
Hadisə zəlzələdən zərərçəkənlər üçün 2 saata 88 milyon avro topladı
Məşhur müğənni Hadisə Türkiyədə baş verən iki zəlzələdən sonra zərərçəkənlər üçün hərəkətə keçib.

"Unikal" xəbər verir ki, Hadisə Hollandiya radiosunda yayımlanan verilişdə qonaq olub və zəlzələ qurbanları üçün ianə toplayıb.

"Hal-hazırda Hollandiyada radiosundayam. Zəlzələdən zərərçəkənlərə yardımlar yığılır... Gərgin gündür... Acımız böyükdür.. .Bəli, çox çətin günlərdən keçirik amma gördüyünüz kimi bir araya gələndə hər şeyə nail oluruq".

2 saatlıq yayımda zəlzələdən zərərçəkənlər üçün 88 milyon 921 min 469 avro toplanıb. Toplanan ianələrin Türkiyə və Suriyada zəlzələ qurbanlarının qida, su, dərman və sığınacaq ehtiyacları üçün kampaniya aparan 11 milli və beynəlxalq QHT tərəfindən istifadə ediləcəyi vurğulanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.