Selena Qomez tənqidlərə cavab verdi

17-02-2023, 12:02           
Selena Qomez tənqidlərə cavab verdi
Xarici müğənni və aktrisa Selena Qomez artıq kiloları ilə bağlı onu tənqid edənlərə cavab verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin sözlərinə görə, onun çəkisi qəbul etdiyi dərmanlara görə dəyişir: “Dərman qəbul edəndə çox çəki alıram, bu, normaldır. Dərman qəbul etməyi dayandırdığım zaman arıqlamağa meyilli oluram”.

Qomez insanları sosial şəbəkələrdə onu izləməyi dayandırmağa və görünüşü ilə bağlı qəzəbli şərhlər yazmamağa çağırıb: “Mən model deyiləm. Özümüzü yaxşı hiss etmədiyimiz günlər olur, amma sağlam olmağı və özümə qulluq etməyi üstün tuturam. Dərmanlarım vacibdir və inanıram ki, mənə kömək edirlər”.

Qeyd edək ki, 2015-ci ildə həkimlər Selena Qomezə ağır otoimmün xəstəlik - sistemli qırmızı qızartı diaqnozu qoyub, 2017-ci ildə isə böyrəyini transplantasiya ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru