Məşhur reper öldürüldü 4-06-2023, 13:30 Puerto-Rikolu məşhur reper Paço El Antifeka qətlə yetirilib.Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 43 yaşlı sənətçi Puerto-Rikonun Bayamon şəhərindəki ticarət mərkəzlərinin birində güllələnib.Hazırda faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, Paço 2015-ci ilin mart ayında odlu silah və döyüş sursatı saxlamaqda təqsirli bilinmişdi.Repçi həmkarları "Daddy Yankee" və "Bad Bunny"nin duet ortağı olub. Facebook-da paylaş