Məşhur aktyorun itkin düşdüyü ərazidə meyit tapılıb - FOTO

26-06-2023, 13:04           
Məşhur aktyorun itkin düşdüyü ərazidə meyit tapılıb - FOTO
Kaliforniya dağlarında gəzintiyə çıxan turistlər məşhur britaniyalı aktyor Culian Sandsın yoxa çıxdığı ərazidə insan qalıqları tapıblar.

Qalıqlar şənbə günü səhər Baldi zirvəsi yaxınlığında aşkarlanıb. Gələn həftə onun şəxsiyyətinin müəyyən edilməsi prosesinə başlanacaq.

Xatırladaq ki, 65 yaşlı aktyorun yanvarın 13-də itkin düşdüyü barədə xəbərlər yayıldı. Onun Baldi dağında gəzintiyə çıxdığı, lakin bir daha evə qayıtmadığı bildirilir.

Həmin vaxtdan indiyədək 8 axtarış-xilasetmə əməliyyatı aparılıb, bəzən əlverişsiz hava şəraiti və uçqun təhlükəsi səbəbindən dayandırılmalı olub. Sonuncu axtarış iyunun 17-də 80-ə yaxın şəxsin iştirakı ilə aparılıb.

Aktyor “Warlock”, “A Room with a View”, “Leaving Las Vegas”, “Ocean's Thirteen” kimi filmləri və “24”, “Dexter”, “Gotham” kimi seriallardakı rolları ilə sevilib.





Mənbə: Mail On Sunday












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.