Nazənin ərinin borclu olması xəbərindən — DANIŞDI

1-07-2016, 19:38           

Müğənni Nazəzin həyat yoldaşı Məhəbbət Həsənovun külli miqdarda borcunun olması barədə mətbuata ötürülən informasiyalara münasibət bildirib.

Sənətçi Ölkə.Az-a açıqlamasında qeyd edib ki, hazırda istirahətdədir:


"Yaydır, ailəmlə istirahət edirəm. Kimlərsə bunu arzu edirlərsə, o günü görməyəcəklər. Məsləhət görərdim ki, yayın dadını çıxarsınlar. Türkiyədə idik, yenicə qayıtmışıq, bir neçə bölgəmizi gəzəndən sonra Türkiyəyə qaydacağıq, oradan isə yayın sonuna qədər Gürcüstanda olacağıq. Bu xəbəri ötürən mənbələrə də tövsiyyə edirəm ki yayın dadını çıxartsınlar".

Xatırladaq ki, Ölkə.Az-a ötürülən məlumatda bildirilirdi ki, müğənni Nazənini həyat yoldaşı Məhəbbət Həsənovdan xəbər var. Ölkə.Az-ın əldə etdiyi məlumata görə, Həsənov bir neçə şəxsə böyük məbləğdə borcludur.

Qeyd edilir ki, sənətçinin həyat yoldaşının borcları ümumilikdə bir milyon civarındadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.