"Müğənnilər var ki, barlara gedir"
2-07-2016, 15:50
“Mən xasiyyətimi dəyişən deyiləm. Kənddən gəlmişəm. Hələ o vaxtlar lap sərt idim. Heç vaxt gülməzdim. İndi görürəm ki, gülürəm, yaş gedib”.
Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Elnarə Abdullayeva “Star life” verilişinə açıqlamasında deyib.
Muğam ifaçısı onu “ulduzluq xəstəliyi”nə tutulmaqda günahlandıranlara sərt cavab verib:
“Bu sənətə necə gəlmişəm, elə də qalmışam. Mən “ulduzluğun” nə olduğunu bilmirəm, elə xəstəliyə tutula bilmərəm. Ola bilsin ki, kiminsə istəyinə cavab verməyim. Balalarım, evimdə kişi var, onlara da vaxt ayırmalıyam. Ətrafımdakılar da dəyişmir. Müğənnilər var ki, gecə həyatı keçirirlər, klublara, barlara gedirlər. Mən oralara getmirəm, avara-avara gəzmirəm. Lazım olmayan şeydən istifadə etmərəm".
E.Abdullayeva “Müğənnidən dost olmaz” deyənləri qınayıb:
“Kim belə düşünürsə, problem özündədir. Hamını bir-birinə qatmaq olmaz. Dost olsan, qarşındakı da dost olar. Sənət adamından niyə dost olmaz? Manaf Ağayev, Könül Kərimova ilə münasibətimiz var. Mən niyə sənət adamından küsüm, savaşım? Evim, ailəm, səsim, qazancım, toyum, övladlarım ayrıdır. Nəyim şərikdir ki, dava edim?”.