Müşviq Şahverdiyev: "Anam "Whatsapp"da mənə gəlin namizədlərinin şəkillərini göndərir"

2-07-2016, 16:11           

Müşviq Şahverdiyev "Gizlənpaç" filminin çəkilişləri haqqında Ölkə.Az saytına açıqlama verib:

"Çəkilişlərimiz artıq bir neçə gündür ki, başlayıb. Maraqlı keçir hələ. İnanıram ki, sona qədər belə olacaq. Heç bir problemimiz yoxdur. Bomba kimi filmlə qarşınızda olacağıq. Kinosevərlərin könlünü xoş etmək üçün çalışırıq. Axtadığımız balaca qəhrəmanımızı tapdıq. Əsasən gecə çəkilişlərinə başlamışıq indi. Və bu da kollektivə müxtəlif çətinliklər yaradır. Həmçinin balaca qəhrəmanımıza. Ailəsi gecə çəkilişlərində onun yanında olur. Oktyabr ayında filmimizin qala gecəsi olacaq. Axır ki, bu filmdə öz yarımı tapdım. Mən filmlərdə sevgilimi tapıram, amma realda alınmır. Həyatda yekun qərarımı verə bilmərəm. Bu il 33 yaşım olur və bu il söhbəti bağlamağa çalışıram birdəfəlik. Anam hər dəfə evə girən kimi bu söhbəti açır. Anam elə olur ki, "Whatsapp" da mənə gəlinliyə namizədlər göndərir ki, bunlardan seçim edim. Anamın göndərdiyi namizədləri kastinq edirəm, yəqin ki, onlardan birini seçəcəm. (gülür)

Filmin informasiya dəstəyi - Ölkə.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru