Şeyx Əbdül müğənnilərə OD PÜSKÜRDÜ: “Çılpaq bədənə…”
2-07-2016, 16:12
Bəzi şou əhlinin bayrağımızı əks etdirən libaslar geyinməsi və fotolar çəkdirib sosial şəbəkədə paylaşması sənət aləmində xoş qarşılanmayıb. Tanınmış jurnalist Anar Vəziroğlunun kəskin tənqidindən sonra tanınmış rejissor Əbdül Mahmudbəyli də dilə gəlib.
Publika.az-a açıqlama verən rejissor bayraqdan gündəm naminə istifadə edən şou əhlini qınayıb:
“Mən həmişə demişəm ki, populist çıxışlar etməyə ehtiyac yoxdur. Qarabağ şikəstəsi oxumaqla vətənpərvər olmaq olmur. Qarabağı gərək sevəsən. Eləcə də bayraq. Bir dəfə efirdə əsəbiləşib dedim ki, bəsdirin populist çıxışlarınızla özünüzü yalançı vətənpərvər kimi göstərdiniz. Aqil Abbas dedi ki, dilinə qurban olum. Bayrağı əyinə yox, ruhuna geyindirmək lazımdır. Müqəddəs atributumuz olan bayrağın çılpaq bədənə geyilməsinin əleyhinəyəm. Bayraqdan alver kimi istifadə etmək olmaz. Onu əyninə geyinincə, başının üstündə ucalt. Bir də görürsən, müğənni, ya aktrisa bayrağı əks etdirən paltar geyinir. Ayıbdır! Gündəm yaratmaq naminə bayrağı ucuz tutmaq olmaz”.