"Çimərlikdə mənimlə şəkil çəkdirmək istəyirlər" - Xalq artisti

2-07-2016, 20:17           

Xalq artisti Niyaməddin Musayev müğənnilərin “Azərbaycanda dənizə getmirəm” sözlərinə cavab verib.

Axşam.az-ın məlumatına görə, ifaçı “Star life” verilişinə açıqlamasında bu yay bölgələrdə dincələcəyini deyib:

“Azərbaycanın gözəl yerləri var, bu yay orada istirahət edəcəm. Yayda Nyu-Yorkda, Şri-Lankada dincəldiyim, dənizə girdiyim vaxtlar olub.

Bakıda da çimərliyə gedirəm. Niyə məşhur biri burada dənizə gedə bilməsin ki? Zığ, Şüvəlan, Pirşağı tərəflərdə dənizə girirəm.

Düzdür tanınmış biri üçün bu çətin olur, şəkil çəkdirmək istəyənlər çox yaxınlaşır. Yarıçılpaq da çəkdirmək alınmır. Onların qəlbini sındırmamaq üçün gedib paltarımı geyinib gəlirəm və şəkil çəkdirirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru