Baloğlan Əşrəfov anasıyla bağlı məlumata əsəbiləşdi: “Utanıb, ölmürlər”

5-07-2016, 13:09           

Əməkdar artist Baloğlan Əşrəfov anasının səhhətinin pisləşməsiylə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

O, AzNews.az-a açıqlamasında məlumatların həqiqəti əks etdirmədiyini bildirib: “Mən heç bir kanalda deməmişəm ki, anamı Lənkərana aparmışam. Mən niyə anamı Lənkərana aparım ki? 85 yaşında insan xəstələnə bilməz? Soyuq da dəyə bilər, qrip də ola bilər. Cavan insanla yaşlı bir deyil axı. Utanıb ölmürlər, bunu şişirdirlər”.

Qeyd edək ki, axşam.az saytı Əməkdar artist Baloğlan Əşrəfovun anası Şükufə xanımın səhhəti pisləşməsini bildirib. Saytın məlumatına görə, müğənni bu haqda "ATV maqazin onlarla" verilişində deyib: “Anamın 84 yaşı var. Hər dəqiqə ona baş çəkməyə borcluyam. Anamın səhhətində ciddi problem yaranmışdı. Onu kəndə aparmalı idik. Artıq ümüdimizi kəsmişdik. Az qalmışdı əlimizdən gedə. Onu başqa niyyətlə Lənkərana aparsaq da, anam dirildi. Ona çox diqqət edirik, qulluğunda dayanırıq. Yeməyinin vaxtından 1 dəqiqə belə keçməsinə imkan verməz. Özünə yaxşı baxır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.