Xalq artisti oğluna qız axtarır: "Şou-biznesdən də namizədlər var"

5-07-2016, 17:17           

Xalq artisti Gülyaz Məmmədova oğlu Ramazanın ondan küsdüyünü etiraf edib.

Axşam.az-ın məlumatına görə, müğənni "10-dan sonra" verilişində övladının ondan avtomobil istədiyini bildirib:

"Aramızda çox inciklik, küsmələr olub. Bu yaxınlarda da məndən küsmüşdü. Maşın istəyir, mən də icazə vermirəm. O da inciyib. Amma mənsiz nəfəs ala bilməz, ona görə tez barışırıq".

İfaçı oğlunu evləndirmək istədyini söyləyib:

"Ona xanım axtarıram. Namizədlər çoxdur, seçirəm. Onlar arasında sənətdə olanları da var, başqa peşədə çalışanları da".

G.Məmmədovanın oğlu anasından küsməsi ilə bağlı suallara "Mən anamdan ancaq 2 dəqiqə küsülü qala bilərəm" cavabını verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru