Arif Quliyevin həyat yoldaşı ölüm ayağında

5-07-2016, 23:32           
Arif Quliyevin həyat yoldaşı ölüm ayağında
Azərbaycanın Xalq artisti, gülüş ustası Arif Quliyevin həyat yoldaşı ağır xəstəliyə tutulub. teref.az 1Xəbər.com-a istinadən xəbər verir ki, komediya aktyoru Arif Quliyevin xanımı ağır xəstəliyə – Hepatit C virusuna yoluxub. Xəstəlik 57 yaşlı xanımda təxminən 6 ay əvvəl aşkarlanıb. Uzun müddət xəstəxanada müalicə alan xəstəyə artıq 2-ci qrup əlillik dərəcəsi təyin edilib. Bu haqda açıqlama verən Arif Quliyev bildirib ki, həyat yoldaşının müalicəsi üçün külli miqdarda vəsait tələb olunur: “Çox çətindir, xanımımın qaraciyəri demək olar ki, tamailə sıradan çıxıb. Düzdür, prezident təqaüdçüsüyəm, fəxri adımın təqaüdünü də aliram. Amma yenə də xəstəxana xərclərini ödəmir. Arada-sırada toylara gedirəm. Heç kəsi narahat etmək istəmirəm. Sağ olsun Prezident, 3 ay əvvəl mənim Türkiyədə əməliyyat olunmağıma yardım etdi. Artıq utanıram, heç kəsi narahat etmək istəmirəm. Bir evim var, lazım gəlsə, onu satıb həyat yoldaşımın müalicəsinə xərcləyəcəyəm”-, deyə o bildirib.
Qeyd edək ki, hazırda 66 yaşlı xalq artisti Arif Quliyevin öz səhhətində də problemlər var. Aktyor beyinə qanın normal işləməməsindən əziyyət çəkir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru