Türkiyə vətəndaşı ilə ailə quran xalq artisti Azərin "ATV maqazin onlarla” verilişində ilk dəfə şəxsi həyatından danışıb.
Azərin bildirib ki, Bakıya geri qayıdandan sonra ailəsi dağılıb:
"Həmin ərəfədə mən ailəmin yanında olmalı idim. Mənsə Bakıda qalmağı seçdim, o da fikrimlə razılaşmadı. Dostcasına vətən üstündə ayrıldıq. İkinci dəfə ailə qurmaq istəyinə gəlincə, qismət... Bu mövzuda danışmağı sevmirəm. Hər şeyi Allaha həvalə etmişəm. Mən niyyətimi edirəm, Allah qapı açsa, İnşallah olar. Mənim anam, bacım, qardaşım var. Özümü sənətimə və onlara həsr etmişəm. Heç bir insan yalnız olmamalıdır. Allah qapımı açarsa, o da olar. Həm qadın, həm sənət adamı kimi özümü xoşbəxt saymıram. Torpağım azad olunanda, xoşbəxt qadın və vətəndaş olacam. Qarabağda "Çırpınırdı qara dəniz” mahnısını oxuyanda özümü tam xoşbəxt hiss edəcəm". BiG.AZ