"Kənan heç vaxt sənətdə qarşımı kəsmir"

6-07-2016, 09:57           

"Sənətlə ailəni bir arad inkişaf etdirməyə imkan olmur. Üç övladı saxlamaq, ailəyə baxmaq çətindir, çatdırmaq mümkün deyil. Amma sənəti birdəfəlik ata bilmərəm”.
teref.az-nun Axşam.az-a istinadən məlumatına görə, bu sözləri müğənni Aygün Mahmudova "10-dan sonra” verilişində deyib.
Sənətçi efirə çıxmadığı günlərdə sənət üçün darıxdığını etiraf edib:
"Elə gün olub ki, gecə saat 3-də körpəni yatızdırıb, başqa otağa girmişəm, başlamışam oxumağa. Kənan (həyat yoldaşı, rejissor Kənan M.M. – red.) deyib ki, "sən nə edirsən? Gecədi, camaat yatıb, səsin aləmi götürüb". Deyirəm, ürəyim partlayır, oxumasam olmaz. Oxumaq gələndə nə olursa-olsun oxumalısan, qarşısını almaq mümkün deyil. Kənan heç vaxt mənim qarşımı kəsmir, əksinə həmişə dəstək olur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru