Elza Seyidcahan susdurdu: “Pulumu sayma”
6-07-2016, 12:29
Aktyor Vüsal Murtuzəliyev reklam şirkətlərinin müğənnilərlə aktyorlara fərq qoymasından narazılıq etməsi müğənnilərin xoşuna gəlməyib.
“Tədbirlərinə bir neçə müğənni çağırıb 1500-2000 min verirlər. Müğənni də əziyyət çəkir, razıyam. Amma aktyora çatanda, bu nə düşüncədir, anlmıram”, - deyən aktyora cavab özünü çox gözlətməyib.
Publika.az-a açıqlama verən əməkdar artist Elza Seyidcahan V.Murtuzəliyevin cavabını verib:
“Mən həmişə aktyorlara konslager fədailəri deyirəm. Onların şərəfinə mahnı da bəstələyib, oxumuşam. Amma onların özlərini bizimlə müqayisə etməsi xoşuma gəlmədi. Aktyorlar arasında da imkanlı yaşayanlar var. Eləsi var, villası, bahalı avtomobili var, özünə biznes də qurub. Elə müğənnilərin adları çıxıb. O aktyora demək istəyirəm ki, başqasının pulunu saymazlar, çalışıb, zəhmət çəkib pul qazanmaq lazımdır. Kim o pulu hansı yolla qazanıb, bunu da özü bilər. Mən zəhmət çəkib, alın təriylə pul qazanıram. Sən də zəhmət çək, qazan. Elə aktyor var dolanışığı müğənnilərdən qat-qat yüksək səviyyədədir”.