Azərbaycanlı müğənnidən təqdirəlayiq davranış - Terakt

7-07-2016, 09:12           
Azərbaycanlı müğənnidən təqdirəlayiq davranış - Terakt
Məşhur müğənni Sami Yusif Avstraliyadakı konsertindən əvvəl Atatürk Hava Limanında baş verən terror hadisəsinə münasibət bildirib.

Axar.az xəbər verir ki, əslən azərbaycanlı olan müğənni Melburn şəhərində baş tutacaq konsertindən əvvəl müsahibə verərək Atatürk Hava Limanında törədilən terakta görə kədərləndiyini dilə gətirib:

“Bütün qəlbimlə faciə qurbanlarının yanındayam, onların hamısı şəhiddir. Ailələr üçün ilk 6-7 saat heç nə bilməmək həqiqətən də çox dəhşətli durumdur. Allah onlara rəhmət eləsin, ailələrinə səbir versin. Çox çətin zamandır. Allah Türkiyəni, müsəlman dünyasını, bütün insanları qorusun! Ümid edirəm ki, gələcəkdə daha yaxşı günlər görəcəyik”.

Qeyd edək ki, Atatürk Hava Limanında törədilən terakt nəticəsində 45 nəfər həlak olub, 200-dən çox adam yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru