Təranə Səmədovanın gizli sevgisi bitdi
7-07-2016, 09:19
Tanınmışların şəxsi həyatı hər zaman hamıya maraqlı olub. Elə bir müddət əvvəl mətbuatda məşhur produser Təranə Səmədova şəxsi həyatında hər kəsdən gizli yaşadığı sevgi xəbərləri ilə gündəmə gəlmişdi.
Təranə Səmədova Milli.Az-a açıqlamasında bu sevginin bitdiyini bildirdi: "Əslində, ictimailəşmiş insana şəxsi həyat qurmaq çox çətindir. Subay birisi ilə sevgili olana da ilk evdə anası, bacısı daha sonra dost-tanışları başlayır mane olmağa. Mənim də çox qəliz xasiyyətim olduğuna görə hər kəsi həyatıma buraxmıram. Sevgilim dediyim insan, həqiqətən də, istəyimə layiq biri idi. Subay olduğuna görə görüşdük və qərar verdik ki, bəri başdan ayrılaq. Getdikcə münasibətimiz daha da dərinləşirdi. Sonradan ayrılmaq hər ikimizə də çətin olacaqdı. Hətta mənə tez-tez evli bəylərdən də sevgi etirafı gəlir. Onlara da yox deyirəm. Artıq özümə söz vermişəm ki, sevgilim olsa, hər kəsdən gizli saxlayacam".
Prodüser güclü xarakterə malik olduğunu söylədi: "Bilərəm ki, çoxları məni mərd bir xanım kimi tanıyır. Ona görə də kimlərinsə mənim yıxıldığımı görüb də sevinməsi və sevənlərimin üzülməməsi üçün hər zaman güclü olub ayaqda möhkəm durmağa çalışıram. Fikir verirəm ki, bu məndə bacardığım qədəri ilə də alınır".