Hollivud ulduzlarından sürpriz qərar - FOTO

1-11-2023, 12:24           
Hollivud ulduzlarından sürpriz qərar - FOTO
Hollivud ulduzları Çenninq Tatum və Zoi Kravitz evlənmək qərarına gəliblər.

Bu barədə cütlüyə yaxın bir neçə mənbədən bildirilib.

Onlar iddia edirlər ki, 43 yaşlı Çenninq bu yaxınlarda Zoiyə evlilik təklifi edib.

Bundan başqa “Halloween” şənliyində qorxu filmindəki obrazlardan biri kimi geyinən Kravitzin barmağındakı nişan üzüyü də nəzərlərdən yayınmayıb.

İnsayderlər bildirirlər ki, ulduzlar dəbdəbəli toy şənliyi planlaşdırmırlar. Onlar kiçik şənliyə üstünlük verirlər.

Xatırladaq ki, cütlüyün münasibəti Kravitzin iki il əvvəl rejissorluq debütü olan “Pussy Island” filmi üçün kastinqdən sonra başlayıb. Zoi daha sonra etiraf edib ki, Çenninq çəkiliş meydançasında onun üçün əsl qəyyum olub.
“Gah çay dəmləyir, gah kimisə formaya salırdı, o, həmişə mənim müdafiəçim olub. Düşünürəm ki, bu, çox gözəldir”, - deyə Kravitz jurnalistlərə müsahibəsində etiraf edib.

Eyni zamanda, sevgililər münasibətlərini gizli saxlayıblar: Onlar bu iki il ərzində ictimai tədbirlərdə və qırmızı xalılarda birlikdə görünməməyə çalışıblar. Bu səbəbdən evlilik xəbəri ulduzların pərəstişkarları üçün sürpriz olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru